Menu

GENERAL NİZAM OSMANOV NAZİR MÜAVİNİ VƏZİFƏSİNDƏN ÇIXARILIB - Müdafiə nazirinin iki müavin postu ləğv edillib

28.07.2023, 11:15
GENERAL NİZAM OSMANOV NAZİR MÜAVİNİ VƏZİFƏSİNDƏN ÇIXARILIB -  Müdafiə nazirinin iki müavin postu ləğv edillib

Müdafiə nazirinin iki müavin postu ləğv edilib. 

APA-nın əldə etdiyi xəbərə görə, indiyə qədər Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi və Şəxsi Heyət Baş İdarəsinin rəisi nazirin müavinləri idi.

Dəyişikliklərə görə, hər iki post ləğv edilib və müdafiə nazirinin müavinləri siyahısından çıxarılıb.

Qeyd edək ki, general-polkovnik Kərim Vəliyev Baş Qərargah rəisi vəzifəsinə təyin olunandan sonra nazir müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsi vakant idi.

Nazir müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi isə general-leytenant Nizam Osmanov idi. Dəyişiklikdən sonra Nizam Osmanovun hansı vəzifəyə təyinat aldığı açıqlanmayıb.

Şərhlər

Müəllim 2023-07-28 13:39:49

Nazirliklər müavin sayı üzrə rekord vurur.Heç kim bunun dövlətə artıq məsrəf,yük olduğu maraqlandırmır.Nazir isə sahədən xəbərsiz,ixtisasca uyun olmayan.sahə üzrə təcrübəsiz ,milliyyəti qaranlıq olan şəxslərdən təyin olunur.Belə əyinatlar ölkəni idarəolunmaz ağır duruma salıb.Hakimiyyəti isə bu əsas və vacib məsələlər nədənsə maraqlandırmır və təsadüfi fərmanlarla vəzziyyətin daha da ağırlaşmasına imkan yaradır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol