Çinin Rusiyayatədarük etdiyi hərbi məhsullar kəşfiyyat avadanlıqlarıyla məhdudlaşmır, artıq döyüş təyyarələri üçün ehtiyat hissələri də göndərilir.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ Kəşfiyyatının dərc etdiyi açıq hesabatda deyilir.
Hesabata görə, bu ilin mart ayına olan məlumata görə, Çin Rusiyaya 12 milyon dollardan çox dron və onların hissələrini tədarük edib.
Bundan əlavə, Çinin müdafiə şirkətləri Rusiyanın müdafiə şirkətlərini müxtəlif təyinatlı hərbi avadanlıqlarla təchiz edib. Xəbərdə vurğulanır ki, söhbət Rusiya hərbçilərinin Ukraynada müharibəni davam etdirmək üçün istifadə etdiyi texnikadan, naviqasiya avadanlığından və qırıcılar üçün lazım olan ehtiyat hissələrindən gedir.
Hesabatda deyilir ki, Çin firmaları bu yolla Rusiyaya sanksiyalardan yayınmağa kömək edir.
“AzPolitika.info”


Şərhlər