Menu

Dövlət çevrilişi etmiş general özünü Vətənin Xilası Milli Şurasının sədri elan edib

28.07.2023, 15:49
Dövlət çevrilişi etmiş general özünü Vətənin Xilası Milli Şurasının sədri elan edib

Nigerdə general Abdurəhman Çiani özünü Vətənin Xilası Milli Şurasının sədri elan edib.

“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

Bildirilib ki, general Abdurəhman Çiani Niger televiziyası ilə hərbçilər adından çıxışı zamanı özünü şuranın sədri elan edib. O, efirdə iddia edib ki, qiyama ölkədə təhlükəsizlik sahəsində vəziyyətin pisləşməsi səbəb olub.

Qeyd edək ki, iyulun 26-da Nigerdə hərbçilər çevriliş edib. Onlar Niger Prezidenti Məhəmməd Bazumu girov götürüb. Onun sağ-salamat olduğu vurğulanır. M.Bazum 2021-ci ildə prezident seçilib, Fransa hakimiyyətinin yaxın müttəfiqi sayılır.

Xatırladaq ki, bu, hərbçilərin Niger rejimini ilk dəfə hədələməsi deyil. 2021-ci il martın 31-də zabitlər Məhəmməd Bazumun andiçmə mərasiminə iki gün qalmış Mahamad İssoufunu devirməyə cəhd ediblər. Hərbçilərin idarə etdiyi qonşu Mali, Burkina-Fasodan fərqli olaraq, Nigeri mülki şəxslər idarə edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol