Prezident İlham Əliyevin sərəncamı ilə Əfqan Elçin oğlu İsayev SOCAR-ın vitse-prezidenti təyin olunub.
Əfqan İsayev 2009-cu ildə Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) Müşahidə Şurasının qərarı ilə qurumun icraçı direktoru vəzifəsinə təyin olunub.
O əvvəllər “Bank of Baku”nun idarə heyəti sədrinin müavini olub.

Əfqan İsayev “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktorudur.
Prezident İlham Əliyev Anar Fərruh oğlu Məmmədovun da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Anar Fərruh oğlu Məmmədov 1971-ci ildə Bakı şəhərində anadan olub.

A.Məmmədov Bakı Dövlət Universitetinin hüquq fakültəsində, Oksford Universitetinin Neft Çalışmaları üzrə Kollecində təhsil alıb. İngiltərənin Neft Tədqiqatları Kollecində, həmçinin TRİUM Executive MBA proqramı üzrə magistr dərəcəsinə yiyələnib.
2009-2014-cü illərdə “SOCAR Georgia Gaz” şirkətinin baş direktoru olub.
2015-ci ildə “Magistral tranzit neft və boru kəmərlərinin texniki və iqtisadi istismarı” mövzusunda doktorluq işini müvəffəqiyyətlə müdafiə edib. Eyni zamanda “SOCAR Enegy Greece” şirkətinin Baş direktoru vəzifəsində çalışıb. Bir sıra xarici şirkətlərdə müxtəlif yüksək vəzifələrdə işləyib.
A.Məmmədov “SOCAR Georgia Gas Ltd”, “Arxiel Carbonexis Ltd”, şirkətlərində baş icraçı direktor, “Millio International Ltd” şirkətində isə regional direktor vəzifəsində çalışıb.

Bu gün Prezidentin sərəncamı ilə Babək Elbəniz oğlu Hüseynov da SOCAR-ın vitse-prezidenti təyin edilib.
Babək Hüseynov bu təyinata qədər SOCAR prezidentinin müşaviri vəzifəsində çalışıb. Həmçinin, bir müddət bp şirkətində işləyib.

Şərhlər
Bəs buların əsli-kpkü haradandı Niyə məlumat geniş verilmir?