Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistana xəbərdarlıq edib.
XİN-in bölgədəki son vəziyyətə dair bəyanatında bildirilib ki, qanunsuz hərbi birləşmələr tərəfindən davamlı şəkildə törədilən hərbi təxribatlar, o cümlədən son vaxtlar daha da intensivləşən və mülki uçuşları hədəf alan radioelektron müdaxilələr dözülməzdir və yolverilməzdir.
"Son günlər baş verən bütün bu təxribatlara görə məsuliyyət Azərbaycan ərazilərində qanunsuz hərbi mövcudluğu davam etdirən, separatizmi təşviq edən və reinteqrasiya səylərinə əngəl törədən Ermənistan və onun rəhbərliyinin üzərinə düşür", - bəyanatda qeyd edilib.


Şərhlər
Əməli iş görülməlidir.Bu neçənci məlumaydır?Bunların nəticəsi,cavabı varmı?bizim XİN sandıqda oturub boş xəbərdarlıq.məlumat yazmaqla,daxili auditoriyaya guya işlədiyini bildirməklə məşğuldur. Ermənistan XİN- isə Avropa və Amerika ölkələrində fəaliyyətdədir.Ona görə Azərbaycanın səsini eşidən yoxdur.Sanki Azərbaycanı Hakimiyyət ölkəni dünyadan izole edib daxildə baş aldadır,korrupsiya ilə məşğuldur.