Menu

Separatçıların "parlament" sədri istefa verib

29.07.2023, 14:06
Separatçıların "parlament" sədri istefa verib

Qarabağ "parlamentinin" sədri Artur Tovmasyan iyulun 29-da istefa verib, xəbəri Ermənistan KİV-ləri yayıb.

İstefanın səbəbləri açıqlanmır. Lakin bir müddət əvvəl "parlament" üzvlərinin separatçıların lideri Araik Arutyunyana Qarabağ "prezidenti" vəzifəsindən istefa vermək çağırışı ilə müraciət qəbul etdikləri məlumdur.

Bu müraciəti Artur Tovmasyan da dəstəkləyib, lakin Arutyunyan bu çağırışa məhəl qoymayıb.

Tovmasyanın bu addımı Qarabağ separatçılarının liderləri arasında davam edən fikir ayrılıqlarına və kəskinləşən hakimiyyət böhranına dəlalət edir. /"Turan" 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol