Menu

MOSKVANIN MƏRKƏZİNƏ PUA HÜCUMU - Dron yaşayış binasına çırpıldı (Yenilənib)

30.07.2023, 12:02
MOSKVANIN MƏRKƏZİNƏ PUA HÜCUMU - Dron yaşayış binasına çırpıldı (Yenilənib)

Rusiyanın paytaxtı Moskva şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib. Belə ki, PUA “Moskva-Siti” yaşayış kompleksində yerləşən binalardan birinə çırpılıb.

Hadisə nəticəsində binanın mühafizəçisi xəsarət alıb.

Qeyd olunur ki, mərkəzlə yanaşı Moskvanın bir sıra rayonları da PUA hücumuna məruz qalıb.

***

Moskva vilayətində hava hücumundan müdafiə qüvvələri paytaxta pilotsuz uçuş aparatlarının hücumlarını dəf edib.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, iki dron Moskva vilayətinin qərbində vurulub.

Şərhlər

Aleksey Peqov 2023-07-30 13:24:26

*Qərb* xosunlaşmaya uyğun Rusiyanı vura biləcək heç bir vasitəni Ukraynaya vermir? Bəs, Moskvayanı Slavyanlar Müharibəsinə görə ehtimal ki, harada dronlayırlar? Bu tarixi Stepan Razindən sonra çox gecikmiş Rus, ya Beynəlxalq qaliblər Lavrov-Putin atəşfəşanlığımı?

Camal 2023-07-30 13:18:35

Gəncəyə isgənər raketi atmışdınız, bu isə oyuncaq drondur..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol