Menu

XİN-ə diplomatik xidmətə qəbul üzrə sınaq imtahanı təşkil ediləcək

30.07.2023, 15:28
XİN-ə diplomatik xidmətə qəbul üzrə sınaq imtahanı təşkil ediləcək

İyulun 30-da Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə sınaq imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) "Report"a bildirilib ki, imtahan saat 10:00-da başlanacaq.

İştirakçılar saat 09:00-dək imtahan binasının önündə olmalıdırlar.

İmtahan Mərkəzin Bakı şəhəri Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər.

Xatırladaq ki, imtahana qeydiyyat iyunun 22-dən iyulun 21-dək aparılıb və bu müddət ərzində 123 namizəd qeydiyyatdan keçib.

Şərhlər

F.Rzayevə dair 2023-08-09 23:33:10

Fariz Rzayev Azərenerji-nin ağası Baba Rzayevin qardaşı oğludur, bir azca .... qarışıqlarının olduğu da deyilir.

Camal 2023-07-31 00:18:29

xaric işlər nazirliyinin kadlar idarəsi rüşvət yuvasıdır, rəisi Raman Məmmədov da, onun müavini Fuad Azimov da belə işlərlə məşuldurlar, yamanca bulaşıblar... komissiyanın sədri, nazir müavini dahi Fariz Ryazev görməzlikdən gəlir... Nə vaxta qədər...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol