Menu

Ürək və təzyiq xəstələrinə xəbərdarlıq - "Havaların həddindən artıq isti keçməsi..."

30.07.2023, 17:05
Ürək və təzyiq xəstələrinə xəbərdarlıq - "Havaların həddindən artıq isti keçməsi..."

Türkiyənin məşhur kardiologiya mütəxəssisi Musa Bulut yay aylarında havaların həddindən artıq isti keçməsi ilə əlaqədar ürək və hipertoniya xəstələrinə xəbərdarlıq edib.

"CNN Türk Xəbər verir ki, həkim ürək və hipertoniya xəstələrinin yay aylarında istifadə etdiyi sidikqovucu dərmanların bədəndə maye itkisinə səbəb olacağını bildirib.

Havaların çox isti olduğunu bildirən kardiologiya mütəxəssisi xəbərdarlıq edib: "İstilik ilə tərləmə artacağı üçün əlavə maye itkisi baş verəcək. Bu müddət ərzində dərmanları yeniləməli və dərman dozalarını azaltmalıyıq. Qışda verdiyimiz müalicə ilə yayda etdiyimiz müalicə arasında fərqlər var. Qışda müayinəyə gələn pasiyentlərimiz yayda da gəlməlidir. Müayinəyə gəlməsələr, üstəlik, bədəndə maye çatışmazlığı yaransa, yorğunluq, ayağa qalxarkən başgicəllənmə və böyrək problemləri yarana bilər".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol