Keçmiş baş nazir Surət Davud oğlu Hüseynov Türkiyədə vəfat edib.
Bu barədə "Report"un Qərb bürosuna yaxınları məlumat verib.
Azərbaycanın 4-cü baş naziri uzun sürən xəstəlikdən sonra Türkiyədə xəstəxanada dünyasını dəyişib.
"Report"un Türkiyə bürosunun İstanbuldakı mənbədən aldığı məlumata görə, keçmiş baş nazir İstanbulda Başakşehir Çam və Sakura Xəstəxanasında reanimasiya şəraitində müalicə olunub, koma vəziyyətində olub. Oğlu Nail Hüseynov da xəstəxanada olub.
Qeyd edək ki, 1959-cu ildə Gəncədə anadan olan S.Hüseynov uzun illərdir Azərbaycandan kənarda yaşayırdı. O, 1993-cü il iyununda baş nazir vəzifəsinə təyin edilib, 1994-cü il oktyabrın 7-də isə vəzifəsindən uzaqlaşdırılıb.
***
Səhhəti qəfil pisləşən sabiq Baş nazir Surət Hüseynov yerləşdirildiyi İstanbul Arnavutköy Dövlət Xəstəxanasından özəl tibb müəssisəsinə köçürülüb.
APA-nın İstanbul müxbiri xəbər verir ki, Surət Hüseynov indilərdə özəl xəstəxanaya aparılıb.
Xəstəxanada olan yaxınlarının APA-nın əməkdaşına verdiyi xəbərə görə, Surət Hüseynov səhhətindəki problemlərlə əlaqədar olaraq Moskvadan Moldovaya getmək üçün İstanbuldakı yeni hava limanına gəlib.
O, elə aeroportda infarkt keçirib, ürəyi dayanıb. İlk olaraq onun həyatını itirdiyi güman edilib. Xəstəxanaya aparılan zamanı ürəyi fəaliyyətini bərpa edib.
Surət Huseynovun səhhəti stabildir, anju olunacağı bildirilir, eyni zamanda, böyrəklərində və mədəsində də problemlərin olduğu deyilir.
***
Surət Hüseynov İstanbul xəstəxanalarından birində reanimasiyadadır.
Bunu APA-nın qərb bürosuna açıqlamasında sabiq Baş nazirin Gəncədə yaşayan yaxın qohumu Kamal Hüseynov deyib.
Onun sözlərinə görə, Surət Hüseynovun İstanbul aeroportunda səhhətində problem yaranıb və xəstəxanaya yerləşdirilib.
Qohumu bildirib ki, Surət Hüseynovun səhhəti hazırda normallaşıb, müalicəsi davam edir. Onun bu gün İstanbulda başqa xəstəxanaya köçürülməsi gözlənilir.
Qohumu onu da deyib ki, Surət Hüseynov son illərdə davamlı olaraq Türkiyədə yaşayır.
***
Surət Hüseynov bir müddət əvvəl Rusiya paytaxtı Moskvada insult keçiribmiş.
Yaxınları bildirib ki, insult nəticəsində Hüseynovun bədəninin sağ və sol yarısında, ətraflarda qəfil zəiflik, üzün asimmetriyası yaranıb: “ Bir az özünə gəlmişdi. İsrarla deyib ki, Türkiyədə həkimim var, o məni müayinə edəcək. İstanbula getmək üçün təkbaşına təyyarəyə minib. Elə İstanbul hava limanında təyyarədən enərkən qəfil huşunu itirib. Tibbi müdaxiləyə baxmayaraq, onu həyata qaytarmaq mümkün olmayıb”.
Qeyd edək ki, bəzi informasiya resurslarında S.Hüseynovun ölmədiyi, İstanbuldakı tibb mərkəzlərinin birinə dərin komada olduğu yazılıb.
***
Azərbaycanın sabiq baş naziri Surət Hüseynov vəfat edib.
"Azpolitika.info" xəbər verir ki, bu barədə "Gununsesi.info"-ya Surət Hüseynovun yaxınları bildirib.
Məlumata görə, Moskvadan İstanbula gələn Surət Hüseynov təyyarə eniş edən zaman vəfat edib.
"Azpolitika.info"

Şərhlər
Hər yerdə yazılır ki, Surət öldü.Hec kim vəfat etdi sözünü dilinə gətirə bilmir.Yəqin ki ,o buna layiqdir.
Yenə Böyuk S. Vurğun yada düşür: Cahanda hər hökmü bir zaman verir,dünən fərman verən bu gün can verir.
Bu şərəfsizə rəhmət düşmür, ölkənin bu günkü vəziyyəttdə olmasının günahkarı bu satılan və atılan məxluqdu
Rəhmətlik hakimiyyət dəyişikliyi üçün vasitə oldu.Yəni,kandom kimi istifarə edildi.Özündən sonra pis ad qoyub getdi.
Ilk once insandir Allah rehmet elesin.Xalqin ah nalesi nediki Allah huzuruna cixmaq esas mesele odur.Her kes kocur gedir amma baxir nece Var insan kimi ,var adam kimi .Hamimiz adamiq amma insan olmaga cox var.
Kaş ölməyə. Milli hakimiyyəti bərpa oluna və xalq layiqli cəzasını vere
İnsult yox xalqın ah-naləsi tutub