Xəbər verdiyimiz kimi, bu ayın əvvəlində Fransa İrəvana yeni səfir təyin edib. Olivye de Kotinyi adlı bu Fransa diplomatı sözügedən təyinata qədər İranda və İrak Kürdüstanında önəmli vəzifələr tutub. Belə ki, onun son iş yeri Fransanın İrak Kürdüstanındakı konsulu vəzifəsi olub. Bundan əvvəl isə yeni səfir Fransanın İrandakı səfirliyində yüksək vəzifə tutub. Məlumatlara görə, Kotinyi Fransanın Yaxın Şərq regionundakı siyasətini həyata keçirən əsas fiqurlardan biri olub.
"AzPolitika.info" Ermənistan mətbuatına istinadla xəbər verir ki, Makronun İrəvandakı yeni səfiri görəvinə başlar-başlamaz "özünü göstərməyə" qərar verib. Belə ki, de Kotinyi öz sosial şəbəkə səhifəsindəki şəklini Ağrı dağının fonunda paylaşıb. Məlum olduğu kimi, Türkiyənin suveren ərazisində yerləşən bu dağı ermənilər "ararat" adlandırırlar. Ağrı dağının şəklini paylaşan səfir ermənilərin ünvanına mədhiyyələr söyləyib, onların "dəyanətindən" və s. dəm vurub.
Tarixən dəyanətin, ləyaqətin, əxlaqın Fransa üçün nələrdən ibarət olduğunu nəzərə alsaq, ermənilərin ünvanına söylənən bu təriflərin gerçək mahiyyətini anlamaq asandır. Lakin bir ölkə səfirinin başqa bir dövlətin ərazi bütövlüyünü sual altına alan eyhamlar vurması və bu məqsədlə Türkiyənin Ağrı dağının şəklini paylaşması Fransanın regiondakı ermənipərəst, təxribatçı və riyakar siyasətinin növbəti təzahürüdür. Ancaq nə Fransanın, nə Ermənistanın, nə də onun digər havadarlarının səyləri Ağrı dağının Türkiyəyə aidiyyatı faktını dəyişmir və heç zaman da dəyişməyəcək...
"AzPolitika.info"

Şərhlər
Fransanı anlamaq olar da, axı bu öıkə bizm düşmənimizdir, maraqlarımız toqquçur və sair.. AMma İsveçrə kimi neytral dövlətin səfirinin Azərbaycanla sərhəddə gərələrk Ermənsitan tərəfdən Laçın yolunu müşahidə etməsi heç anlaşılan deyildir və bu neytrallıqdan uzaq bir əməldir, amma İsveçrə tərəfi bunu edir, həm də münaiqşə tərəfi ermənistana maliyyə yardımları da göstərir.... Bu yerdə üzümü Azərbaycan Xarici İşlır Nazirliyinə tutub sual edirəm ki. görəsən, hörmətli XİN neytral İsveçrədən bir izahat istəyibmi? Oradakı səfirmiz FUad İSgəndərov heç bu haqda İSveçrə XİN--ilə danışıbmı? FUad Sİgəndərov kluarlarda makler-diplomat kimi tanınlr, fikri*zikiri səfirliklərin köhnə binalaırnı satib dostu maliyyə naziri Samir Şərifovun yardımı ilə yenisini almaqdır və arada qalan fərqi cibişdana qoymaqdır...
qisasda həyat var--fransızın etdiklərinin eynisini onlara qarşı etmək lazımdır
Dünyada tarix isbat edib ki iki fahile millet var bu fransız ve ermenidir.