Menu

Naxçıvanda ƏƏSMN-in vəzifəli şəxsi işdən azad olunub

31.07.2023, 21:38
Naxçıvanda ƏƏSMN-in vəzifəli şəxsi işdən azad olunub

“Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin sədri vəzifəsindən azad edilib.

APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin sədri Rasim Bağırov vəzifəsindən azad edilib.

Bununla bağlı müvafiq əmr imzalanıb.

Qeyd edək ki, Rasim Bağırov 2021-ci ilin avqust ayından bu vəzifəyə təyin olunmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol