Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan işğalçı ölkənin İkinci Qarabağ müharibəsində məğlub olmasının səbəbini açıqlayıb.
“Report” xəbər verir ki, o, bu barədə 44 günlük müharibənin şəraitini öyrənmək üçün ölkə parlamentində yaradılan komissiyada çıxışı zamanı danışıb.
D.Tonoyan bildirib ki, Ermənistanın qırıcı təyyarələri və zenit müdafiə vasitələri yox idi: “Bu texnikalar baxımından bizim imkanlarımız sıfır idi”.
Sabiq nazir hazırda parlamentində yaradılan komissiyada dindirilir.
Qeyd edək ki, D.Tonoyan hazırda həbsdədir. O, İkinci Qarabağ müharibəsi dövründə ölkənin müdafiə naziri olub.


Şərhlər
"Niyə məğlub olduq" deyə boş-boş, gic-gic müsahibələrə tüpürəcək deyirəm ki, erməni ona görə məğlub oldu ki, bu dəfə onun əvəzinə rus əsgər və zabiti vuruşması. Erməni heç vaxt təkbaşına kiminləsə savaşıb qalib olmayıb. Biz doğma torpağımız uğrunda, onlar isə rusun köməyi ilə qonşunun torpağını ələ keçirmək uğrunda mübarizə aparırdı