Bazar günü Yunanıstan, İsrail və Türkiyə - Gürcüstan birgə şirkətinə məxsus üç yük gəmisi Dunay deltasındakı Ukrayna taxıl terminallarından birinə gəlib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Forbes” jurnalı yazır.
Qeyd edək ki, Rusiyanın taxıl müqaviləsini yeniləməkdən imtina etməsindən sonra ilk dəfədir ki, xarici gəmilər Ukrayna limanlarına daxil olur. Rusiya Ukrayna limanlarına gedən bütün gəmilərin potensial hərbi yük daşıyıcıları sayılacağı ilə bağlı xəbərdarlıq edib.
“Üç mülki gəminin maneəsiz Ukraynaya çatması ilə bağlı xəbərlər Rusiyanın hazırda beynəlxalq məhkəmələrdə sürünmək istəmədiyinin göstəricisi ola bilər”, -“Forbes” Müharibənin Tədqiqi İnstitutunun şərhindən sitat gətirir.
“Forbes” jurnalının məlumatına görə, Yunanıstan və İsrail gəmisi Bosfor boğazından keçərək Ukraynanın İzmail limanına, Türkiyə-Gürcüstan gəmisi isə Türkiyənin şimalından keçərək sözügedən limana yan alıb. Onların keçidi NATO-nun dörd kəşfiyyat təyyarəsi tərəfindən izlənilib. Bu təyyarələrin heç biri silahlı deyil. Lakin NATO-nun döyüş təyyarələri Rumıniyada hazır vəziyyətdədir.
Rusiyanın taxıl müqaviləsində iştirakdan imtina etməsindən az sonra “Sergey Krotov” patrul gəmisi Qara dənizin cənub hissəsinə göndərilib. Moskva İzmailə gedən xarici gəmiləri dayandırmağa cəhd etmədi.
Ukrayna taxılının əhəmiyyətli hissəsinin ixrac olunduğu Odessa son vaxtlar Rusiyanın davamlı raket hücumlarının obyektinə çevrilib.
Kiyev ümid edir ki, Dunay deltasındakı limanlardan taxıl ixracını təşkil etmək mümkün olacaq.
“AzPolitika.info”


Şərhlər