“Disney Plus”-un ötən il türk tamaşaçılarına təqdim etdiyi “Atatürk” serialı ilə bağlı yunan və erməni medialarında müxtəlif iddialar yayılıb.
“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, baş rolunda Aras Bulut İynemlinin oynadığı “Atatürk” serialının yalnız film formasında kinotetrlarda və Türkiyədə yayımlanacağı iddia edilir.
Xatırladaq ki, ötən lin oktyabrında treyleri yayımlanan serial xüsusilə erməni lobbisinin böyük reaksiyasına səbəb olmuş və bir çox anti-türk qurumlar “Disney Plus”-a təzyiq göstərməyə çalışmışdılar.
Bu məsələ ilə bağlı “Disney Plusun”-un Türkiyədəki səlahiyyətlilərinin bir neçə gün ərzində açıqlama verəcəyi qeyd edilib.
“AzPolitika.info”


Şərhlər
andranikin qulağının kəsilməsi səhnəsi möhtəşəm olacaq.....