Menu

Azərbaycan-Rusiya hökumətlərarası Dövlət Komissiyasının tərkibi genişləndirilib

01.08.2023, 15:41
Azərbaycan-Rusiya hökumətlərarası Dövlət Komissiyasının tərkibi genişləndirilib

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibi genişləndirilib.

Bu, Prezident İlham Əliyevin müvafiq sərəncamında əksini tapıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi İdarə Heyətinin sədri komissiyanın tərkibinə daxil edilib.

Xarici İşlər Nazirliyinə edilən dəyişiklik barədə Rusiya Federasiyası tərəfinə bildiriş göndərmək tapşırılıb.

Şərhlər

Kənan 2023-08-01 21:58:23

Belə bir Komissiyanın fəaliyyəti varmı kihələ tərkib genişlənir? Niyə bu komissiya "sülhmətamlı"adlanan Rus ordusunun Azrbaycanda özbaşınalıqlarının davam etməməsi üçün Rusiya ilə msələnihll edə bilmir və ya bu barədə düşünmür?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol