“Azərbaycanın hökumət nümayəndələri ilə Qarabağ erməniləri arasında görüşün Yevlaxda keçirilməsi xəbəri təsdiqlənərsə bunu müsbət qiymətləndirmək olar”.
“AzPolitika.info” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Qarabağdakı etnik erməni azlığının Yevlaxda mərkəzi hökumət nümayəndələri ilə danışıqlar aparacağı barədə xəbəri şərh edəkən bildirib.
“Separatçıların təzyiqi və əmri ilə hərəkət edən Qarabağ ermənilərinin Bakıda görüşmək təklifindən imtinalarından sonra məsafəcə Xankəndinə yaxın olan Yevlax variantından da imtina etmələri mövqelərini daha da zəiflədəcək. Əsas odur ki, Yevlaxdakı mümkün görüşdə üçüncü tərəfə, o cümlədən Rusiya hərbi kontingentinin iştirakına ehtiyac yoxdur. Yevlaxa gələn bir müddət sonra Bakıya da gəlmək məcburiyyətində qalacaq. Yevlaxda görüşə razılaşarlarsa (erməni mənbələri hələ ki, Yevlaxda görüş barədə heç bir məlumat yaymayıblar) erməni separatçılarının və Ermənistan hakimiyyətinin “yalnız üçüncü tərəfin iştirakı ilə neytral ərazidə müzakirələr aparaq” tələbindən geri çəkilməsi olacaq”, -politoloq vurğulayıb.
Rasim
“AzPolitika.info”


Şərhlər
Xeyirli olsun,amma vallah-billah belə görüşlərlə-filanlarla bu işi yoluna qoymaq olmayacaq.Aaaa!İşimiz-gücümüz qurtarıb,daha nə qədər bunları dilə tutacağıq ki bizimlə yaşamağa raz olsunlar?Bunlar da özlərini lap naza qoyublar ərköyün mamauşaqları kimi.Deyirlər aclıqdı,deyirik alın bizdən yemək-içməyi,deyirlər istəmirik,ermənistan versin yeyək.Deyirik yaxşı,ermənistan versin,amma bu yandan versin,Ağdam-Xankəndi yolundan,deyirlər yox,Laçın yolundan gələn yeməyi istəyirik.Aaaa!Türk demiş,pes vallah!Sanki biz ermənistanla ər-arvadıq,xristian aləmi də məhkəmə hakimi,bizi zorla boşatdırırlar,Qarabağdakı ermənilər də ortaq uşaqlarımızdı,arada qalıblar,bilmirlər bizimlə qalsınlar,yoxsa ermənistan analarıyla.Çünki anaları qulaqlarına daim pıçıldayır ki,hakim dayılar soruşsalar deyin atamız bizə yaxşı baxmır,bizi gözümçıxdıya salır,ona görə də biz anamızla qalmaq istəyirik,atamızı sevmirik.A balam,cəhənnəmə istə,gora da üstəlik.Bizimlə yaşamaq istəmirsinizmi,bizdən qəti olaraq küsmüsünüzmü,belə oğlumun əkdiyi qozuna ki.Küstərəcik ha küstərəcik,biz də sizi qolfştrimləyib sizə sektor göstərəjık.