Menu

Şimal-Qərb bölgəsinin elektrik təchizatında yaranmış problem aradan qaldırılıb

01.08.2023, 21:40
Şimal-Qərb bölgəsinin elektrik təchizatında yaranmış problem aradan qaldırılıb

Bu gün axşam saatlarında Şimal-Qərb bölgəsinin elektrik təchizatında problem yaranıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, problem artıq aradan qaldırılıb, rayonlara elektrik enerjisinin verilişi bərpa edilib.

Belə ki, saat 18:00 radələrindən 110 kilovoltluq xəttə baş verən qəza 20:20 radələrində aradan qaldırılıb.

Nəticədə Qax, Zaqatala və Balakən rayonlarının elektrik enerjisi bərpa edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol