Menu

İLHAM ƏLİYEV QARABAĞ ERMƏNİLƏRİNƏ MÜRACİƏT EDİB - "Normal həyat yaşayacaqlar..."

01.08.2023, 22:29
İLHAM ƏLİYEV QARABAĞ ERMƏNİLƏRİNƏ MÜRACİƏT EDİB - "Normal həyat yaşayacaqlar..."

Qarabağdakı ermənilərə gəlincə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu liderlər onlara daim yalan danışıblar.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibəsində deyib.

"Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm", - Prezident İlham Əliyev bildirib.

Şərhlər

B.Qarabağlı 2023-08-02 09:41:53

Müraciətin məzmunu hanı? Orada əski daşnaq terroru yuvasının etnik soyqırım *Miatsum!* ultimatumunun on beş mindən çox azərbaycanlı vətəndaşını qətlə yetirmiş (V.Ç.Xaçatryan kimi) cinayətkarların təhvil verilməsi, Qarabağın azadlıq mücadiləsində Ermənistana təxliyə etmişlərin hansı məqsədlə qayıtması və orada yeni silahlanmaya münasibətləri sorğulanıbmı? Evronevs həmin sorğuları onlar, İrəvan və RF XİNdən nə zaman sorğulayacaq?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol