Menu

“Rusiya NATO-ya qarşı mübarizə aparmaq üçün Quru Qoşunlarını gücləndirir" - Britaniya MN

02.08.2023, 11:17
“Rusiya NATO-ya qarşı mübarizə aparmaq üçün Quru Qoşunlarını gücləndirir" - Britaniya MN

“Rusiya NATO-ya qarşı mübarizə aparmaq üçün uzunmüddətli strategiya çərçivəsində Quru Qoşunlarını gücləndirməyə çalışır”.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrində yeni birləşmələr yaradılır: “Lakin Rusiyanın lazımi resurslar toplamaq imkanı azdır”.

Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya həmçinin strategiyasını dəyişib. Lakin bunun nədən ibarət olduğunu açıqlanmayıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Ukrayna bu il iyun ayının əvvəlində əks-hücum əməliyyatlarına başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol