Menu

Ədliyyə Nazirliyi Pəhan Hüseynə də “yox” dedi – 73 nəfər ölüb...

02.08.2023, 17:40
Ədliyyə Nazirliyi Pəhan Hüseynə də “yox” dedi – 73 nəfər ölüb...

Ədliyyə Nazirliyi Azərbaycan Xalq Partiyasının (AXP) dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinə baxıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə partiyanın sədri, keçmiş Baş nazir Pənah Hüseyn məlumat verib.

P.Hüseyn bildirib ki, nazirlik AXP üzvləri reyestrinin yoxlanılması nəticələri barədə rəsmi sənədi partiyanın səlahiyyətli şəxsinə təqdim edib. O, əlavə edib ki, AXP 5854 üzvünün reyestrini dövlət qurumuna təqdim edib. Yoxlanışdan sonra onlardan 2676 nəfərin partiya üzvü olmadığı, 3178 nəfərin isə AXP-çi olduğu təsdiqlənib. Bundan başqa:

- başqa partiyaların da üzvü- 377,

- öldüyü müəyən edilənlər- 73,

- 18 yaşına çatmamış- 29,

- təkrarlanmış - 146

- AXP üzvü olmadığını bildirənlər- 171 nəfər təşkil edib.

“AzPolitika.info”

Şərhlər

şahin 2023-08-03 08:32:07

"Partiyalar" da insanlar kimidir.Cəmiyyət hamını tanıyır.Mən inanmıram ki, bu ölkədə kimsə Pənaha inanıb o partiyaya qoşula.

t.ədalət 2023-08-02 23:06:47

Deyilənə görə mərhum Sürət Hüseynav P.Hüseynin partiyasına qoşulmaq üçün Bakıya gəlməyə hazırlaşırmış.Bundan sonra ölüb.

Cəmşid Dərələyəzli 2023-08-02 22:25:15

Sanıram o 3178 nəfər də ciddi yoxlansa əksəriyyəti heç o partiyanı tanımadıqlarını deyərlər.. Ədliyyə naziriliyi bu məsələdə ciddi olmalı nəhayyət də təkadamcıq parti sədrlərini siyasi dəllalıqlardan uzaqlaşdırılmalıdırlar.

Vətəndaş 2023-08-02 21:09:01

Fəaliyyətləri olmayan,iki-üç nəfrdən ibarət olan,zalq tanımayan partiyalar ləğv olunmalıdır., Özü fəaliyyətsiz olan partiyalar ləğv olunmalı.Eyni zamanda üzvlərinin həbsi,cinayətləri ilə məşhur olan ,rüşvəyt və korrupsiya mətkəzi olan YAP-da ləğv edilməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol