Menu

“Amerikalıların üçdə biri ABŞ qoşunlarının Ukraynaya göndərilməsini dəstəkləyir” – SORĞU

02.08.2023, 17:53
“Amerikalıların üçdə biri ABŞ qoşunlarının Ukraynaya göndərilməsini dəstəkləyir” – SORĞU

Amerikalıların təxminən üçdə biri ABŞ qoşunlarının Ukraynadakı müharibəyə göndərilməsini dəstəkləyir.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Redfield & Wilton Strategies” şirkətinin keçirdiyi sorğunun nəticələri ilə bağlı paylaşdığı məlumatda bildirilir.

Qeyd olunur ki, ABŞ-da səsvermə hüququna malik olanların ümumilikdə 31%-i ABŞ hərbi qüvvələrinin Ukrayna müharibəsinə göndərilməsinin tərəfdarıdır. Eyni zamanda, respondentlərin dörddə biri amerikalı əsgərlərin Ukraynaya göndərilməsini dəstəkləməyib və ya buna etiraz edib, 34 faizi isə buna qətiyyətlə qarşı çıxıb. Respondentlərin 10%-dən bir qədər az hissəsi isə cavab verməkdə çətinlik çəkdiyini bildirib.

İyulun 25-dən 26-dək keçirilən onlayn sorğuda ümumilikdə 1500 nəfər iştirak edib.

Məlumatda bildirilir ki, ən yüksək dəstək faizi gənclər və orta yaşlı insanlar arasındadır. Məsələn, 27-42 yaş arasında olanların 47%-i ABŞ qoşunlarının Ukraynaya göndərilməsini dəstəklədiklərini bildiriblər. Həmçinin, 18-26 yaş arası respondentlərin yalnız 4%-i ABŞ qoşunlarının göndərilməsinin qəti əleyhinə olduğunu bildirib.

Eyni zamanda, yaşı 59-dan yuxarı olan respondentlərin demək olar ki, üçdə biri ABŞ qoşunlarının Ukraynaya daxil olmasına qarşı olduqlarını, daha 25%-i isə bu təklifin qəti əleyhinə olduğunu bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol