İşğalçılar təbliğat məqsədilə Rusiya Federasiyasında yaşayan tələbələri Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinə gətirirlər.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukraynanın Milli Müqavimət Mərkəzindən (MKS) məlumat verilib.
“İşğalçılar müvəqqəti işğal olunmuş ərazilərdə gənclərin beyninin yuyulmasına xüsusi diqqət yetirirlər. Onlar ruslardan formalaşan “tələbə əmək dəstələri” yaradıblar. Rusiya Federasiyasından gələn qonaqlar Ukraynanın müvəqqəti işğal olunmuş şəhərlərində gənclər üçün seminarlar və forumlar keçirirlər”,-deyə məlumatda qeyd olunur.
“AzPolitika.info”


Şərhlər