Menu

Rus turistlər Antalyada yenə döyüldü - VİDEO

03.08.2023, 12:20
Rus turistlər Antalyada yenə döyüldü - VİDEO

Türkiyədə rus turistlər döyülüb.

“AzPoltika.info” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.

Məlumatat görə, hadisə Antalyanın Side kəndində yerləşən “Loxia Comfort Club” otelində baş verib.

Belə ki, Moskvadan olan turist Nikita sevgilisi və bacısı ilə dincəlmək üçün Antalyaya gəlib və Riçard adlı fotoqrafçıları ilə birlikdə restoranda şam yeməyi yeyiblər. Daha sonra Riçard Nikitanın bacısını narahat etməyə başlayıb və bu zaman mübahisə yaranıb. Daha sonra isə fotoqraf Estoniyadan olan turistlə dalaşmağa başlayıb. Bu zaman otelin mühafizəçiləri hadisələrə müsaxilə ediblər və nəticədə kütləvi dava baş verib.

Hadisə nəticəsində Nikitanın ağır bədən xəsarətləri aldığı, otelin mühafizəçilərinin isə işdən uzaqlaşdırıldığı bildirilir.

Qeyd edək ki, Antalyada rus turistlərin iştirakilə insidentlər adi hal alıb.

“AzPolitika.info”


Şərhlər

Roma 2023-08-03 12:42:10

Hər hansı bir Türkiyə vətəndaşı, Rusiyanın nəinki mərkəzi şəhərlərində, hətta ən ucqar bir atılmış kəndində də belə hərəkətə yol verə bilməz. Otelin restoranını az qala demək olar ki, dağıdıblar yenə də, rusun başını tumarlayırlar, öz mühafizəçilərini isə işdən çıxarırlar. Nəticə etibarı ilə cəzasızlığ yarandığından rusun da ayağı yer alır və belə hadisələr də tez-tez təkrarlanır. Bu yaxında Türkiyədən bir süjet də vermişdilər ki, rus turist marketdə kassa növbəsinə dayanarkən türkləri çurki adlandırır və türklər də qoyun kimi qulaqlarını sallayıblar, bir Ukraynalı qadın ruslara acıqlanır ki, nə üçün türkləri təhqir edirsən, rus bir balaca qadınla da dilləşəndən sonra qorxaraq oradan tez uzaqlaşır. İndi gəl get Rusiyada rusları nəinki təhqir, azca da olsa nəsə xoşlarına gəlməyən bir söz de, tutub həbsxanaya salarlar 5-10 illiyə...Bax fərqimiz ruslardan budur, yəni özümüz-özümüzə qiymət vermirik...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol