Ukraynalıların böyük əksəriyyəti sabiq SSRİ lideri İosif Stalinə nifrət edir.
“AzPolitika.info” xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutu maraqlı bir sorğunun nəticələrini açıqlayıb. Ukrayna mətbuatında dərc edilən nəticələrdən məlum olur ki, hazırda ukraynalıların 61 faizi Stalinə nifrət edir. Rəyi soruşulanların cəmi 4 faiz ona rəğbət bəsləyir, yerdə qalanlar isə ya bu SSRİ başçısına biganə, ya da qorxu ilə yanaşdıqlarını bildiriblər.
Rusiyanın “Levada” sorğu mərkəzi də eyni məzmunlu sorğunu rusiyalılar arasında keçirib. Məlum olub ki, burada tam əks mövqe hökm sürür və rəyi soruşulan Rusiya vətəndaşlarının 63 faizi Stalinə rəğbətlə yanaşır.
Maraqlıdır ki, məhz Rusiyanın işğalçılıq müharibəsi başlayandan sonra ukraynalıların Stalinə nifrəti kəskin artaraq 37 faizdən 61 faizə qalxıb. Əks proses Rusiyada yaşanıb və Stalini sevənlər birdən-birə 28 faizdən 63 faizə yüksəlib.
Əslində, bu sorğunun nəticələri Ukrayna və Rusiya cəmiyyətləri arasında necə dərin ziddiyyət və uçurum olduğunu bir daha ortaya qoyur.
“AzPolitika.info”


Şərhlər