Rəsmi Moskva hesab edir ki, Azərbaycan və Ermənistan sülh sazişinin imzalanmasında tələsməməlidir.
“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar TASS-a müsahibəsində deyib.
O bildirib ki, tələsik hazırlanmış sülh sazişi regiona davamlı sülh gətirməyəcək: “Bu, gələcəkdə yeni münaqişə və faciələrə zəmin yaradacaq. Prioritet sürət yox, keyfiyyət olmalıdır. Qarşılıqlı şəkildə məqbul həll yolları tapılmalıdır”.
D.Qonçarın fikrincə, sülhün şərtlərini Bakı və İrəvan özü müəyyən etməlidir: “Məsuliyyətli vasitəçilərin vəzifəsi danışıqlar prosesini sürətləndirmək deyil, uzunmüddətli razılaşmaların əldə olunmasına töhfə verməkdir”.
Departament direktorunun sözlərinə görə, mövcud reallıqlar nəzərə alınmalıdır.


Şərhlər
İşğalçı Rusiya regionu rahat buraxmaq istəmir.Hiss olunur ki,Rusiya Azərbaycanla silahlı münaqişə törətməyə hazırlaşır.Bu bəlanın qarşısında dikələn Türkiyə olmasa indi çoxdan Rusiyanın təkrar təcavüzünə məruz qalardıq.Nə yazıq ki rus .... adamlar hələ də rusca danışır və təhsil alıər.Balalarımızın şəhid olmasına əsas səbəbkarlar Rusiyanın Azərbaycandakı casus şəbəkəsidir.Təəssüf ki hakimiyyətdə bu casus şəbəkəsinə etimad göstərir.