Menu

"Qərb Ukraynaya F-16-ların tədarükü ilə bağlı qərarı yaxın vaxtda qəbul edəcək" - Prezident Ofisi

04.08.2023, 11:33
"Qərb Ukraynaya F-16-ların tədarükü ilə bağlı qərarı yaxın vaxtda qəbul edəcək" - Prezident Ofisi

“Qərb Ukraynaya F-16 qırıcılarının tədarükü ilə bağlı qərarı yaxın vaxtda qəbul edəcək”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezident ofisi rəhbərinin müavini İqor Jovkva UNIAN-a müsahibəsində deyib.

Rəsmi Kiyevin bu məsələdə təkid etdiyini bildirən Prezident ofisinin təmsilçisi Ukraynanın F-16-ların tədarükünə mütləq nail olacağını vurğulayıb.

İ.Jovkva qırıcılardan istifadə etmək üçün ukraynalı pilotların tezliklə təlim-məşqlərə başlayacağını söyləyib.

O, ölkə prezidentinin qələbə üçün hər şeyi edəcəyini bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl təlimlərin avqust ayında başlayacağını deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol