Menu

Putin rekord sayda məxfi fərmanlar imzalayıb – ARAŞDIRMA

04.08.2023, 12:38
Putin rekord sayda məxfi fərmanlar imzalayıb – ARAŞDIRMA

2023-cü ilin iyulunda Rusiya Prezidenti Vladimir Putin rekord sayda məxfi fərman imzalayıb.

“AzPolitika.info” “Mediazona”ya istinadla xəbər verir ki, prezident sənədlərinin 62%-i mətbuatda dərc olunmayıb.

Qəzet yazır ki, iyulun 27-dən 31-dək 12 gizli fərman imzalanıb ki, bu, bütün müharibə dövrü üçün maksimum rəqəmdir. Təkcə iyul ayında imzalanmış məxfi fərmanlar 1999-cu ildən bəri bu qəbildən olan bütün sənədlərin 64%-ni təşkil edir.

“Mediazona”nın məlumatına görə, gizli fərmanlar əsasən müharibə veteranlarının, o cümlədən onların ölümündən sonra mükafatlandırılmasına aiddir. Belə ki, 2022-ci ilin martında Rusiya təcavüzünün başlanğıcında məxfi fərmanların payı 54%-ə çatırdısa, indi Ukraynanın genişmiqyaslı əks-hücumları fonunda daha da artıb.

“Mediazona” Prezidentin ilin əvvəlindən dərc olunmuş bütün sərəncamlarını təhlil edib. Onların hər birinin seriya nömrəsi var. Əgər nömrə çatışmırsa, bu o deməkdir ki, fərman məxfi elan edilib.

“AzPoltika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol