“Əldə etdiyimiz məlumatlar onu göstərir ki, Rusiya Şimali Koreya ilə hərbi əməkdaşlığı genişləndirməyə çalışır. Xüsusən də artilleriya mərmilərinin satışı ilə bağlı”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi deyib.
O, əlavə edib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun KXDR-ə son səfəri məhz Şimali Koreyanı Rusiyaya sursat satmağa razı salmaq cəhdi ilə bağlıdır. Kirbi vurğulayıb ki, Moskva və Pxenyan arasında silah tədarükü ilə bağlı istənilən razılaşma BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsini pozur.
O əlavə edib ki, ABŞ Kremlin üçüncü ölkələrdə Ukraynaya qarşı müharibə üçün silah əldə etmək cəhdlərinin qarşısını almaq üçün səylərini davam etdirəcək.
Eyni zamanda Kirbi qeyd edib ki, bu fakt Rusiya lideri Vladimir Putinin çarəsiz durumda olduğunu göstərir.
“AzPolitika.info”


Şərhlər