Menu

Küçədə uşağı döyənlərin kimliyi müəyyənləşib

04.08.2023, 13:11
Küçədə uşağı döyənlərin kimliyi müəyyənləşib

Sosial şəbəkələrdə azyaşlılar arasında zorakılığı əks etdirən görüntülərlə bağlı araşdırma aparılıb.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən Xətai rayonu S.Əhmədov küçəsində baş vermiş hadisə üzrə əməli törədən azyaşlılar müəyyən olunublar:

"Zorakılığa məruz qalan uşaqla bağlı ekspertiza təyin edilib.

Ekspertiza rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Hazırda təhqiqat araşdırmaları davam etdirilir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol