“Hazırda Yevgeni Priqojin şəxsi hərbi şirkəti olan “Vaqner”in əvvəlki kadrlarının təxminən üçdə birinə malikdir. Onun xeyli sayda muzdlusu Baxmut döyüşlərində həlak olub, bir qismi isə Rusiya ordusu ilə müqavilə imzalayıb”.
“AzPolitika.info” xəbər verir ki, bunu rusiyalı politoloq İqor Yakovenko deyib.
O, hazırda Priqojinin güc qazanmağa çalışdığını bildirib: “Priqojinin zirehli texnikası olmayan iki-üç briqadası var. Onlar belə qüvvələrlə heç yerə gedə bilməzlər. Bu birləşmədən istifadə üçün iki variant var. Onların bəziləri indi belaruslu həmkarlarına təlim keçirlər. Digər qismi isə Afrikanın sərvətlərini qanqster üsulları ilə daha da artırmağa çalışırlar”.
Ekspert qeyd edib ki, bu yaxınlarda keçirilən Rusiya-Afrika sammiti zamanı Priqojin regionda öz təsirini genişləndirməyə və tədbirdə iştirak edənlər arasında yeni əlaqələr qurmağa çalışıb.
“Afrikada 14 minə yaxın “Vaqner” döyüşçüsü var. Aydındır ki, bu rəqəm daha da artacaq. Bu həm güc toplanması, həm də gəlir əldə etmək baxımından önəmlidir. Çünki Priqojinin il ərzindən Rusiyadan aldığı yarım trilyonluq yardım artıq olmayacaq. Mütəxəssislərin fikrincə, Priqojin Afrikada təxminən 4 milyard dollar gəlir əldə edə bilər”, - Yakovenko bildirib.
“AzPolitika.info”


Şərhlər