Azərbaycan futbol klublarının ümumi dəyəri açıqlanıb.
“AzPolitika.info” “Transfermarket”ə istinadla xəbər verir ki, bu il Azərbaycan Premyer Liqasında 2023/24 mövsümündə mübarizə aparacaq 10 komandanın ümumi dəyəri 73,10 milyon avrodur.
Həmin siyahını təqdim edirik:
1. “Neftçi” – 14,8 milyon avro;
2. “Qarabağ” – 12,9 milyon avro;
3. “Sabah” – 11,23 milyon avro;
4. “Zirə” – 7,33 milyon avro;
5. “Turan Tovuz” – 6,08 milyon avro;
6. “Sumqayıt” – 5,58 milyon avro;
7. “Qəbələ” – 5,08 milyon avro;
8. “Səbail” – 4,33 milyon avro;
9. “Araz-Naxçıvan” – 3,03 milyon avro;
10. “Kəpəz” – 2,48 milyon avro.
Xatırladaq ki, bu gün Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə start veriləcək. Açılış oyununda çempionatın debütantı “Araz-Naxçıvan” Mərdəkandakı “Dalğa Arena”da “Turan Tovuz”u qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.
“AzPolitika.info”


Şərhlər