Menu

Avqustun 7-si Gürcüstanda matəm günü elan edilib

04.08.2023, 14:51
Avqustun 7-si Gürcüstanda matəm günü elan edilib

Gürcüstanın Şovi kurortunda baş verən faciə ilə əlaqədar avqustun 7-si matəm günü elan edilib.

"Report" xəbər verir ki, bunu Baş nazir İrakli Qaribaşvili bildirib.

Qeyd edək ki, Şovidəki sürüşmə nəticəsində 7 nəfər ölüb. Torpaq altında qalan 30 nəfərin axtarışları davam edir.

İ.Qaribaşvili torpaq sürüşməsinin baş verdiyi Şovi kurortuna gedib. Uşaqlar da daxil olmaqla, 140 nəfər təxliyə edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol