Menu

Milyonçu “voenkomu” ön cəbhəyə atdılar – Ukraynada korrupsiya ilə yeni mübarizə metodu tapıblar

04.08.2023, 14:59
Milyonçu “voenkomu” ön cəbhəyə atdılar – Ukraynada korrupsiya ilə yeni mübarizə metodu tapıblar

Xeyli müddətdir ki, Ukrayna mətbuatında Odessa vilayətinin Yujnı şəhərinin hərbi komissarının korrupsiya əməlləri ilə bağlı materiallar dərc edilir. Bu yazılardan sonra Ukrayna hüquq-mühafizə orqanlarının sözügedən komissarlıqda yoxlamalara başladığı bildirilir. Ancaq hələ yoxlamalar başa çatmamış Ukrayna hərbi rəhbərliyi qalmaqalda adı keçən Yujnı şəhər hərbi komissarı Yeqor Smirnovu özünəməxsus şəkildə cəzalandırmaq qərarına gəlib.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, eyni zamanda da yerli idarəetmə orqanının deputatı olan Yeqor Smirnov iki “şəriyi” ilə birgə ön cəbhədə xidmət etməyə göndərilib. Xəbərdə bildirilir ki, hərbi komissar bundan sonra Ukraynanın şərqində yerləşən ən qaynar nöqtələrdən birindəki briqadanın tabeliyində döyüşəcək.

Yeqorov barədə məlumatlara gəlincə, qeyd olunur ki, Ukraynaya qarşı işğalçılıq maharibəsi başlayandan sonra bu hərbi komissar sürətlə varlanmağa başlayıb və milyonçuya çevrilib. Onun Qara dəniz sahillərində hektarlarla torpaq sahələri və biznes əmlakları aldığı məlum olub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol