Menu

“Belarusu müharibəyə cəlb etmək üçün diversiya hazırlanır” - Ukrayna kəşfiyyatı

04.08.2023, 16:40
“Belarusu müharibəyə cəlb etmək üçün diversiya hazırlanır” - Ukrayna kəşfiyyatı

Ukrayna Təhlükəsizlik Xidməti Kremlin Belarusu Ukrayanya qarşı müharibəyə cəlb etmək cəhdlərindən əl çəkmədiyini bildirib.

“AzPolitika.info” xəbər verir ki, Ukaryna kəşfiyyatının yeni məlumatında Rusiyanın Belarusun Mozır neftayırma zavodunda diversiya aktı hazırladığı və bunu Ukraynanın üzərinə atmağı planlaşdırdığı bildirilir.

Məlumatda qeyd olunur ki, bunun üçün “Vaqner” üzvləri adı altında bir qrup Rusiya hərbçisi Belarusa göndərilib. Onlar sonradan özlərini “Ukrayna diversantları” kimi qələmə verərək, zavodda partlayış törətməlidirlər. Ukrayna kəşfiyyatı bu təxribatın bir neçə mənbədən təsdiqləndiyini bildirib və qeyd edib ki, eyni planı Zaporojye istiqamətində əsir götürülmüş Rusiya hərbçilərindən biri də öz ifadələrində açıqlayıb.

“AzPolitika.info” 

Şərhlər

T.T 2023-08-04 20:25:21

Nə qədər axmaq olasanki mühüm hərbi sirləri bilən adamı ukrayna ordusuna əsir düşəcək yerdə saxlıyalar bu onu göstərirki ukraynanın faşist rəhbərliyi qərbə inanaraq belarusada hücum etməyi fikirləşir əsas məqsəd ukrayna xalqının axırına çıxmaqdır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol