Menu

“Pakistan Azərbaycanın Cammu və Kəşmir məsələsində dəstəyini yüksək qiymətləndirir” - Səfir

04.08.2023, 21:10
“Pakistan Azərbaycanın Cammu və Kəşmir məsələsində dəstəyini yüksək qiymətləndirir” - Səfir

“Pakistan Azərbaycanın Cammu və Kəşmir məsələsindəki dəstəyini yüksək qiymətləndirir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Bilal Hai deyib.

Səfir bildirib ki, Azərbaycan Cammu və Kəşmir məsələsində Pakistana sarsılmaz dəstək verən ölkələr sırasındadır.

“Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Pakistana hərtərəfli dəstək verir”, - o bildirib.

Səfir xatırladıb ki, Pakistanın Baş naziri Şahbaz Şərifin bu yaxınlarda Bakıya səfəri zamanı Azərbaycan Prezidenti Pakistan xalqını dəstəklədiyini bir daha bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol