Menu

Qazaxıstan Rusiya hərbi rəmzləri olan malları qadağan edəcək

05.08.2023, 14:44
Qazaxıstan Rusiya hərbi rəmzləri olan malları qadağan edəcək

Qazaxıstan prokurorluğu “Z”, “V” və “Vaqner” simvolları olan malların ölkəyə idxalı və yayılmasına görə cərimələrin müəyyən edilməsini təklif edib.

“AzPolitika.info” xəbər verir ki, hazırda Qazaxıstan hakimiyyətinin ölkədə “etnosiyasiləşdirilmiş simvollar” daşıyan mallara qadağa tətbiq etməyi nəzərdən keçirdiyi bildirilir.

Qazaxıstan Baş Prokurorluğundan verilən məlumata görə, bu cür simvollar Ukraynadakı müharibədə istifadə olunduğundan cəmiyyətdə birmənalı qarşılanmır.

Qeyd edək ki, Ukrayna müharibəsinin ilk günlərindən Rusiya hərbi texnikalarının üzərində bu cür simvollar yer alıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol