Menu

Kamal Kılıçdaroğlunun maşın karvanında zəncirvari qəza olub - Yaralılar var

05.08.2023, 16:47
Kamal Kılıçdaroğlunun maşın karvanında zəncirvari qəza olub - Yaralılar var

Türkiyədə, Ərzincan-Tunceli yolunda Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun maşın karvanında 7 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

“Report” "Haberler.com"a istinadən xəbər verir ki, jurnalistlərin olduğu mikroavtobusun toqquşması nəticəsində 2-si jurnalist olmaqla 4 nəfər xəsarət alıb.

Qeyd edək ki, CHP sədri Kamal Kılıçdaroğlu vətəndaşlarla görüşmək üçün bu gün Ərzincana səfərə gedib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol