Menu

Biləsuvarda yol qəzası olub, xəsarət alan var

05.08.2023, 21:49
Biləsuvarda yol qəzası olub, xəsarət alan var

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Bəydili kəndində qeydə alınıb.

Belə ki, "VAZ 2107" ilə "VAZ 2105" markalı minik avtomobillərin toqquşması nəticəsində Mirzə Adışlı xəsarət alıb.

Yaralı rayon xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol