Evin zindanında cəza çəkən güneyli siyasi fəal və hüquq müdafiəçisi Nərgiz Məhəmmədi əlavə həbs cəzasına məhkum edilib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə İranda İnsan Haqları Təşkilatı məlumat verib.

Məlumata görə, dünən ona qarşı açılan yeni cinayət işinə əsasən, daha 1 il həbs cəzası verilib və ümumilikdə siyasi fəal 10 il 9 ay müddətində azadlıqdan məhrum edilib.

Xatırladaq ki, təkcə son 6 ay ərzində güneyli qadın fəal barəsində beş dəfə cinayət işi açılıb.

“AzPolitika.info”