Menu

Dünyanı yenidən nüvə müharibəsinin kölgəsi bürüyüb - Quterreş

06.08.2023, 09:05
Dünyanı yenidən nüvə müharibəsinin kölgəsi bürüyüb - Quterreş

Bəzi ölkələr nüvə silahından istifadə ehtimalı ilə hədələdiyindən, nüvə müharibəsinin kölgəsi dünyanı yenidən bürüyüb.

APA xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin Yaponiyada ABŞ-ın Xirosimaya atom bombası atmasının 78-ci ildönümünə həsr olunmuş anım tədbiri ilə bağlı müraciətində qeyd olunub.

“Nüvə müharibəsinin təbilləri yenidən çalınır. Etibarsızlıq və fikir ayrılıqları güclənir. Soyuq Müharibə illərində dünya başı üstünü almış nüvə kölgəsi yenidən üzə çıxıb və bəzi ölkələr yenidən ehtiyatsızlıqdan nüvə qılıncını cingildəyir, bu məhvetmə vasitəsindən istifadə etməklə hədələyir”, - deyən baş katib bütün ölkələri bir daha nüvə silahından tam imtina etməyə çağırıb. Bildirib ki, nüvə tərksilahı BMT-nin əsas məqsədlərindən biridir.

Şərhlər

B.Qarabağlı BMT Bakı ofisinə 2023-08-06 09:52:13

Cənab BMT Baş Katibi BMT və TŞnın beynəlxalq NİZAM tədbirləri təsirli tədbirləri nəzərdə tutbayıb? Digər güclü dövlətlərin, intterpolun, NATOnun belə müharibəyə-liderinə qarşı qapayıcı tədbirlər mümkündür! Kamboca lideri Pol Potaya və Panama Prezidentinə qarşı belə faydalı-müvəffəq tədbirlər tətbiq edilib! NATO və digər gücləri də cəlb etmək operativliyə yardım edər?

dadaşyev 2023-08-06 09:17:10

Amerikada işsizlərin sayı artır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol