Menu

Sumqayıtda nitq qüsurlu gənc itkin düşüb - FOTO

08.08.2023, 11:40
Sumqayıtda nitq qüsurlu gənc itkin düşüb - FOTO

Sumqayıt şəhərində nitq qüsurlu gənc itkin düşüb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə ötən gün səhər saatlarında qeydə alınıb.

Şəhər sakini nitq qüsurlu və eşitmə qabiliyyəti olmayan 28 yaşlı Cavidan Əliyev "Yaşıl dǝrǝ" yaşayış massivindəki yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Onun itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol