STEM Mərkəzi Rusiya-Ukrayna müharibəsinin 531-ci gününün analitik təhlilini aparıb.
“AzPolitika.info” azarbaycanlı analitik Aqil Rüstəmzadənin əməkdaşlıq etdiyi sözügedən Mərkəzin “Telegram” kanalında dərc olunmuş hesabatı təqdim edir:
“Son 7 gün ərzində kəşfiyyat məlumatlarına və ABŞ Müharibə Tədqiqatları İnstitutunun (ISW) xəritələrinə əsasən əməliyyat mühitində heç bir ciddi dəyişiklik baş verməyib. Hər iki əməliyyat zonasında mövqe döyüşləri və artilleriya “dueli” davam edir. Hər iki tərəfin kamikadze dronlardan istifadə edərək hücumlarını artırdığı müşahidə edilib. Ukrayna müxtəlif əməliyyat sahələrində döyüş fəallığının ardıcıl artmasına, hücum əməliyyatları təşəbbüsünə malikdir. Öz növbəsində Rusiya ordusu şərq əməliyyat zonasının şimal hissəsində (Luqansk və Xarkov vilayətləri) hücum əməliyyatları keçirir.
Tərəflər bir-birinin dərinliklərdəki obyektlərinə zərbə endirilməsini davam etdirir. Rusiya raket zərbələrinin bir hissəsi “Fırtına Kölgəsi” - SCALP-EG qanadlı raketləri daşıyan “Su-24” təyyarələri ilə Ukrayna aerodromlarını vurmağa yönəlib;
Döyüşən tərəflərin zərbələrinin effektivliyi belədir: Ukraynanın hava hücumundan müdafiə qüvvələri orta hesabla hücum vasitələrinin 80-90%-ni vurur. Rusiya HHM sistemləri üçün isə Ukraynanın qanadlı raketlərinə qarşı mübarizə hələ də çətin məsələdir;
Ukraynanın anbarlara və nəqliyyat infrastrukturuna raket hücumları (Krımı Rusiya və Ukraynanın işğal olunmuş əraziləri ilə birləşdirən daha iki avtomobil körpüsü zədələnib) Rusiyanın cənub əməliyyat zonasında müdafiə qabiliyyətini azaltmaqda davam edir;
Liman infrastrukturuna endirilən zərbələrə cavab olaraq Ukrayna Müdafiə Qüvvələri Qara dənizdə döyüş aktivliyini artırıb. Belə ki, Ukrayna dəniz səthi ilə hərəkət edən dronlarla hərbi və mülki gəmilərə hücumlar təşkil etməklə Rusiyanın Qara Dəniz Donanmasını zəiflətməyə və dəniz nəqliyyatında problemlər yaratmağa çalışır.
Ümumilikdə, Ukraynanın qətiyyəti və müdafiə qüvvələrinin müxtəlif məhvetmə vasitələrindən səmərəli istifadə etməsi Kiyevin əks-hücumu ilə bağlı müxtəlif media resursları tərəfindən formalaşdırılan “strateji dalana” dair saxta ictimai rəyi darmadağın edir. Rusiya ordusunun arxa infrastrukturunu və təchizat xətlərini qoruya bilməməsi rus qoşunlarının müdafiə potensialını zəiflətmək üçün real perspektivlər yaradır. Bu da öz növbəsində Ukrayna ordusunun gələcəkdə daha təsirli hücumları üçün münbit şərait yaradacaq.
Yaxın 5-7 gün ərzində yəqin ki, döyüşən tərəflər bir-birinin arxa eşalonlarına hücumlarını artıracaq. Döyüş meydanındakı vəziyyət rus ordusunun cənubda müdafiəsinin zəifləmə dərəcəsi ilə müəyyən oluncaq”.
“AzPolitika.info”


Şərhlər