Menu

Müvəqqəti Baş nazirin adı bu gün açıqlana bilər

08.08.2023, 16:02
Müvəqqəti Baş nazirin adı bu gün açıqlana bilər

Pakistanda seçkilər gələn ilin martına qədər təxirə salına bilər.

"AzPolitika.info" "Geo News"a istinadla xəbər verir ki, bunu daxili işlər naziri Rana Sanaullah deyib. Nazir bildirib ki, Pakistan Seçki Komissiyasından (ECP) seçki dairələrinin yeni delimitasiyasının aparılmasını tələb edən Ümumi Maraqlar Şurası (CCI) yeni siyahıyaalmanı təsdiq etdikdən sonra ölkədə ümumi seçkilər gələn ilin mart ayının birinci həftəsində keçiriləcək.

Ümumi Maraqlar Şurasının (CCI) iclasında 2023-cü il siyahıyaalınması hər dörd baş nazir və bütün siyasi partiyaların nümayəndələrinin konsensusu ilə təsdiq edilib. CCI-nin qərarına toxunan Sanaullah deyib ki, yeni delimitasiyanın keçirilməsi konstitusiya öhdəliyidir və konstitusiyaya əsasən, bir siyahıyaalma əsasında iki ümumi seçki keçirilə bilməz: “Konstitusiya həmçinin seçki dairələrinin yeni sərhədlərinin yeni siyahıyaalınmanın nəticələri rəsmi elan edildikdən sonra keçirilməsini tapşırıb”.

Nazir etiraf edib ki, siyasi partiyalar 2023-cü il siyahıyaalmasının nəticələrinə müxtəlif etirazlar irəli sürüb.

Müvəqqəti Baş nazirin təyinatından danışan R.Sanaullahın sözlərinə görə, müvəqqəti icra başçısı üçün heç bir ad dəqiqləşdirilməyib: "Bu vəzifə üçün Sind qubernatoru Kamran Tessorinin adı təklif edilib, başqa bir koalisiya tərəfdaşı PPP də bir və ya iki ad vermək niyyətində idi".

Bir gün əvvəl R.Sanaullah, keçmiş maliyyə naziri Hafeez Şaikhin adının da müvəqqəti Baş nazir postu üçün qısa siyahıda olduğunu açıqlayıb.

Nazir deyib ki, müvəqqəti Baş nazirin adı 8 və ya 9 avqust tarixlərində dəqiqləşdiriləcək.

L.SƏMLA

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol