Menu

Bu taksi şirkəti müştərilərinin məlumatlarını Rusiya əks-kəşfiyyatına ötürür - Azərbaycanda da fəaliyyət göstərirlər

08.08.2023, 22:52
Bu taksi şirkəti müştərilərinin məlumatlarını Rusiya əks-kəşfiyyatına ötürür - Azərbaycanda da fəaliyyət göstərirlər

“Yandex”in “Yandeks Go” və “Yango” taksi xidmətlərinin data mərkəzləri Rusiyaya ötürülüb. 

Bu barədə “Meduza” saytı məlumat yayıb.

Qeyd olunur ki, "Yandex"in taksi xidmətləri hətta müharibə başlayandan sonra da dünyanın 20-dən çox ölkəsində, o cümlədən Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, İsrail, Belarus, Norveç və Litvada fəaliyyət göstərir. Tezliklə müştəri məlumatlarının Federal Təhlükəsizlik Xidmətinin əlinə keçəcəyi qeyd olunur.

Rusiyada FTX-yə taksi şirkətlərinin məlumat bazalarına gecə-gündüz giriş imkanı verən yeni qanun qəbul olunub. Sənəd sentyabrın 1-dən qüvvəyə minəcək, indiyədək reyestrə yalnız "Yandex Go" daxil edilib.

Qeyd olunur ki, "Yandex"-in xaricdə fəaliyyət göstərən xidmətlərin məlumatları Rusiyada saxlanılır Onlardan üçü Moskva, Ryazan və Vladimir vilayətlərində yerləşir, daha biri isə Kaluqada tikilir. Müharibə başlamazdan əvvəl məlumatlar Finlandiyanın Mantsala şəhərində də saxlanılırdı.

Artıq FTX bundan sonra bütün avtomobillərin ünvanını və gəliş vaxtı daxil olmaqla sifariş jurnallarına nəzarət edə biləcək. Aqreqatorlar bu məlumatı altı ay saxlayacaqlar.
Finlandiya hökuməti bu səbəbdən ölkədəki "Yandex" xidmətinin Rusiyaya məlumat ötürməsini qadağan edib.

Qeyd edək ki, Azərbaycan "Yango" taksi xidməti də fəaliyyət göstərir.

Şərhlər

əli 2023-08-09 23:24:27

əgər sənin xarici işlər nazirinin və onun səfirləri ruslara işləyirsə, hansısa xarici taksi şirkətindən başqa nə gözləyirdiniz ki...

Turan 2023-08-09 00:14:00

Uber də Yandexə bağlıdır

ytg 2023-08-08 23:32:29

Urusiya deyir "məni iti kimi qov". Buna çalışır deyəsən

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol