ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Rusiya Xarici işlər nazirliyinin “Azərbaycanla Ermənistan arasında tələsik hazırlanmış sülh sazişinin regiona davamlı sülh gətirməyəcəyi və hətta yeni münaqişələr üçün zəmin yarada biləcəyi” barədə bəyanatını şərh edib.
O, bu barədə jurnalistlər üçün təşkil edilən brifinqdə danışıb.
Miller xatırladıb ki, ötən həftə Dövlət Departamentinin xüsusi nümayəndəsi Lui Bono bölgəyə səfər edib və tərəflərlə birbaşa əlaqə saxlayıb.
Millerin sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması başqa dövlətlərin bunu necə şərh etməsindən asılı olmayaraq mümkündür: “Söhbət Azərbaycan və Ermənistan haqqında gedirsə Rusiyadan danışmaq istəməzdim. Mən birbaşa münaqişənin tərəfi olan iki ölkədən bəhs edirəm. Bono keçən həftə bölgəyə səfər edib və hər iki tərəflə şəxsən görüşüb. Biz inanırıq ki, savaşda tərəf olmayan digər ölkələrin hər hansı şərhindən asılı olmayaraq, razılaşma əldə edilə bilər və biz buna nail olmaq üçün onlarla işləməyə davam edəcəyik”.
Dövlət Departamentinin sözçüsü həmçinin Ankaranın bu məsələdə məhsuldar rol oynaya biləcəyinə inandıqlarını söyləyib.


Şərhlər
Ordanda ermənilərə deyirki,Ankaranın əli varsa razılaşmayın.Bunların hamısı min üzlü dövlətlərdir.