Menu

"Taliban" bir il ərzində 216 yardım təşkilatının lisenziyasını ləğv edib

09.08.2023, 11:36
"Taliban" bir il ərzində 216 yardım təşkilatının lisenziyasını ləğv edib

Son bir ildə Əfqanıstanda 216 yardım təşkilatı fəaliyyətini dayandırıb.

“AzPolitika.info” “Tolo News”a istinadla xəbər verir ki, bu barədə "Taliban"ın iqtisadiyyat nazirinin müavini Əbdül Lətif Nəzəri məlumat verib. Bildirib ki, bu təşkilatların fəaliyyəti "Taliban"ın göstərişlərinə tabe olmadıqları üçün dayandırılıb: "Əgər onlar bizim qanun və qaydalarımıza əməl etmirlərsə, o zaman lisenziyası ləğv edilir. Beləliklə, bir il ərzində dördü xarici təşkilat olmaqla 216 təşkilatın lisenziyası ləğv edilib".

Bununla belə, o, onların bağlanmasının daimi olmadığını söyləyib. Deyib ki, bu təşkilatların bağlanması daimi olmayacaq. Onlar "Taliban"ın şərtlərimizə cavab verəndə və qaydalarımızı nəzərə alanda, İslam Əmirliyinin İqtisadiyyat Nazirliyi komissiya vasitəsilə bu təşkilatlara lisenziya verəcək.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol