Menu

“Rusiyadakı üsyanı şəxsən Putin özü koordinasiya edirdi” – “Bu, Putinlə razılaşdırılmış əməliyyat idi”

09.08.2023, 16:23
“Rusiyadakı üsyanı şəxsən Putin özü koordinasiya edirdi” – “Bu, Putinlə razılaşdırılmış əməliyyat idi”

Rusiyadakı üsyanı şəxsən Putin özü koordinasiya edirdi. Bu, bir növ xüsusi əməliyyat idi.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

O, bildirib ki, “Vaqner”-in rəhbəri Yevgeni Priqojinin başçılıq etdiyi üsyan əvvəlcədən Rusiya Prezidenti Vladimir Putinlə razılaşdırılmışdı: “Bu, Rusiya lideri və onun ətrafına tam uyğun olmayan generalları müəyyən etmək üçün Putinlə razılaşdırılmış əməliyyat idi. Hazırda vəzifədən uzaqlaşdırılan generalların sayı ilə bağlı xəbərlər var. Onlardan bəziləri dəmir barmaqlıqlar arxasındadırlar. Bu, belə bir xüsusi əməliyyat idi”.

Danilov qeyd edib ki, bu üsyandan sonra Rusiya cəmiyyətində fikir ayrılıqları daha da kəskinləşəcək.

Xatırladaq ki, ötən ay Y. Priqojinin Rusiyada uğursuzluqla nəticələn üsyandan bir neçə saat sonra bir neçə yüksək rütbəli hərbçi saxlanılıb. Məlumata görə, sözügedən hadisənin ardından 15-ə yaxın general vəzifəsindən uzaqlaşdırılıb.

Bu siyahıya general-polkovnik Andrey Yudin, general-leytenant Vladimir Alekseev, general-polkovnik Mixail Mizintsev və general Sergey Surovikn də daxildir.

“AzPolitika.info”

Şərhlər

Oxucu. 2023-08-10 16:41:07

Necədə bu adam qiyamçı "polkovnik" sürət hüseynova oxşayır,ELÇİBƏY məni arxadan vururdu,buda eyni sözü təkrarlayır,oxşiyir MKİ-si bu kimi qitamçıları eyni mərkəzdən idarə edirmiş,sadəcə hər ikisinin məğlubiyyəti həm rəhmətlik ulu öndərimizin,həmdə putinin səriştəsi nəticəsində baş verib.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol