Menu

Bakı-Pirşağı-Sumqayıt elektrik qatarı üzrə reyslərdən biri ləğv olunur

09.08.2023, 18:20
Bakı-Pirşağı-Sumqayıt elektrik qatarı üzrə reyslərdən biri ləğv olunur

"Azərbaycan Dəmir Yolları" QSC avqustun 14-dən Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə hərəkət edən elektrik qatarlarından birinin reysini ləğv edəcək.

Məqsəd dəmiryolu infrastrukturunun kontakt şəbəkəsində cari təmir işlərinin aparılması, günorta saatlarında texniki fasilənin götürülməsidir.

Odur ki, Bakıdan 13:30-da yola düşən və Sumqayıtdan 14:30-da yola düşən qatar reysi ləğv edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol