ABŞ Prezidenti Co Baydenin oğlu Hunter Baydenin adı müxtəlif qalmaqallarda hallanmağa davam edir.
“AzPolitika.info” xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsinin sədri Ceyms Komer Hunter Bayden və onun biznes tərəfdaşlarının Rusiya və Qazaxıstan oliqarxları da daxil olmaqla xarici iş adamları və şirkətlərdən milyonlarla dollar ödəniş aldığını göstərən bank qeydlərini paylaşıb.
Komer “Twitter” səhifəsindən etdiyi paylaşımda Co Baydenin vitse-prezident olduğu dövrdə oğlu Hunterin hesabına rus və qazax oliqarxlardan köçürülən pul axınını göstərən bank köçürmələrinin skrinşotlarını yayımlayıb.
Skrinşotların birində Moskvanın keçmiş meri Yuri Lujkovun həyat yoldaşı Yelena Baturinanın 2014-cü ilin 14 fevral tarixində “Rosemont Seneca Thorntona” şirkətinə 3,5 milyon dollar köçürdüyü, həmin günün axşamı Bayden, Baturina, Hunter və digər iş ortaqlarlı ilə birlikdə Vaşinqtonda axşam yeməyi yedikləri bildirilir.
Bundan əlavə, 2014-cü ildə rusiyalı oliqarx Yelena Baturina və qazaxıstanlı oliqarx Kenes Rakişevin Hunter Baydenə məxsus olduğu deyilən Ukraynanın enerji firması “Burisma Holding”-ə milyonlarla dollar vasait köçürdüyü məlum olub.
Bayden ailəsinin bəzi Çin və Rumıniya təşkilatlarından aldığı ödənişlərlə bağlı məlumatları paylaşan Komerin sənədlərində sözügedən xarici ödənişlərin ümumilikdə 20 milyon dollardan çox olduğu qeyd edilib.
Sözügedən sənədlərdə göstərilib ki, Hunter Bayden xarici iş adamlarından ödəniş alarkən “Rosemont Seneca Partners”, “LLC”, “Rosemont Seneca Thornton” və “Rosemont Seneca Bohai” kimi şirkətlərdən istifadə edib.
“AzPolitika.info”


Şərhlər
Yazmasam ölləm,bu demokratiyə pərdəsi altında qərb keçmiş sovet ölkələrini düz iranın şeyx nəsrullanın etdiyinin min qatını etdilər.